Bakıda 47 yaşlı qadını avtobus vurub

Binəqədi rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

paralel.az xəbər verir ki, qəza metronun “Azadlıq” stansiyasının yaxınlığında olub. Sərnişin avtobusu 1972-ci il təvəllüdlü Şıxəliyeva Həbibə İsgəndər qızını vurub.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu

0.10277891159058