ABŞ-da təyyarə qəzaya uğrayaraq evə çırpılıb

 

 

Amerikanın Kaliforniya şəhərində təyyarə qəzası baş verib.

paralel.az xəbər verir  ki, hadisə Kaliforniyanın cənubunda qeydə alınıb.

Birmühərrikli “Cirrus SR22” təyarəsi San-Bernandino ərazisində qəzaya uğrayıb. Daha sonra təyyarə evlərdən birinin üstünə düşüb.

Qəza zamanı təyyarənin pilotu həlak olub. Zərbənin təsirindən evdə yanğın başlayıb. Əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib. Onlar evdə olan ata və övladını təxliyyə edib.

Təyyarənin hansı səbəbdən qəzaya uğraması araşdırılır.

Kamil Əmirli

0.093585014343262