Komitə sədri bələdiyyələrə ayrılan vəsaitdən şikayətləndi

 

 

Azərbaycanda 1606 bələdiyyə var. Bələdiyyələrə büdcədən vəsait ayrılarkən həmin ərazilərdə yaşayan əhalinin sayı nəzərə alınmır.

paralel.az-ın xəbərinə görə, Milli Məclisin birgə komitələrinin iclasında 2020-ci ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

O bildirib ki, bələdiyyələrə eyni həcmdə vəsait verilir.

“Ona görə də bəzi bələdiyyələr çətinliklər yaşayırlar. Əgər dotasiyalar artırılarsa, bələdiyyələrin problemləri aradan qaldırıla bilər”, - deyə A.Rəhimzadə təklif edib.

Aqşin Kərimov

0.12320613861084