Bakıda 12 yaşlı oğlan evdən oğurluq etdi, anası onu polisə verdi

 

 

Bakıda ana evdən oğurluq etdiyinə görə 12 yaşlı oğlunu polisə şikayət edib. 

Bununla bağlı paralel.az-a Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib. 

Bildirilib ki, oktyabrın 31-də, Rəsul Rza küçəsi dalan 2, ev 2-də yaşayan 1967-ci il təvəllüdlü B.Q. ərizə ilə polis idarəsinə müraciət edib.

Qadının sözlərinə görə, oktyabrın 27-də saat 12:00 radələrində 12 yaşlı oğlu üç dostu ilə birlikdə yataq otağında olan dolabdab qıfılı sındırmaqla 100 manat pulunu oğurlayıblar. 

0.50532793998718