Məhkəmə arvadını iplə boğub öldürəni müalicəyə göndərdi

 

 

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Müsəddiq Əliyevin məhkəmə prosesi başa çatıb. 

paralel.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. 

Məhkəmə M.Əliyevin anlaqsız olduğu qənaətinə gəlib və onun barəsində məcburi müalicə qərarı çıxarılıb. 

Qeyd edək ki, hadisə ötən il Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verib. Belə ki, 1969-cu il təvəllüdlü Müsəddiq Qüdrət oğlu Əliyev arvadı, 1974-cü il təvəllüdlü Ofeliya İmanovanı iplə boğaraq öldürüb. 

M.Əliyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. O, qətli qısqanclıq zəminində törətdiyini deyib.

M.Əliyev 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

0.45365309715271