Blokda iki azyaşlı oğlunun gözü qarşısında arvadının başını kəsdi - MƏHKƏMƏ

 

 

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Vüsal Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. 

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin baxış iclası oktyabrın 28-nə təyin edilib. 

Hadisə bu ilin may ayında Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib. 42 yaşlı V.Məmmədov Muxtar Fətəliyev küçəsində yerləşən yaşayış binasının girişində (blokda) iki azyaşlı oğlunun gözü qarşısında 41 yaşlı həyat yoldaşı Məmmədova Fəridə İsmayıl qızının başını kəsib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb, hadisə yerindən qaçan 1977-ci il təvəllüdlü Məmmədov Vüsal Nizami oğlu tutularaq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.

0.13098216056824