Spirtli içki içənlərin nəzərinə - Vergilər qaldırılır

 

 

Azərbaycanda istehsal olunan içməli spirt, pivə, spirtli içkilər, tütün məmulatları, energetik (spirtli və spirtsiz) içkilər, elektron siqaretlər üçün maye kimi aksizli mallara tətbiq edilən vergi dərəcələri artırılır.

paralel.az-ın xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif edilir.

Məcəllənin 190-cı maddəsinə təklif olunan dəyişikliyə əsasən, içməli spirt, araq, tündləşdirilmiş içkilər və likörün hər litri üçün aksiz vergisi 2 manatdan 3,2 manata qaldırılır.

Konyakın hər litri üçün isə aksiz vergisi 6 manatdan 3,2 manata, şampan şərabının hər litri üçün aksiz vergisi 2,5 manatdan 2,6 manata, adi şərabın hər litri üçün aksiz vergisi 0,1 manatdan 0,2 manata, spirtli pivənin hər litri üçün aksiz vergisi 0,2 manatdan 0,5 manata, nazik siqaretlərin 1000 ədədi üçün aksiz vergisi 20 manatdan 31 manata, spirtli energetik içkilərin hər litri üçün aksiz vergisi 2 manatdan 2,1 manata, spirtsiz energetik içkilərin hər litri üçün aksiz vergisi 3 manatdan 3,1 manatadək artırılır.

Dəyişiklik layihəsi Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq. Qəbul olunacağı təqdirdə, 2020-ci ildən tətbiq ediləcək.

Aqşin Kərimov

0.14197897911072