McDelivery artıq Bakıda! McDonald’s Azərbaycanda Wolt ilə əməkdaşlığa başladı

 

 

Bu ilin sentyabr ayından etibarən Bakıda çoxdan gözlənilən McDelivery çatdırılma xidməti işə başladı və son bir ay ərzində istifadəçilər Wolt vasitəsilə McDonald’s restoranlarından sevimli məhsullarını sifariş etmək imkanından yararlanır. İlk rəylər çox müsbətdir. Belə ki Wolt platformasında McDonald’s-ın reytinqi hal-hazırda maksimal 10 baldan 9,2 təşkil edir.

McDonald’s daim inkişaf edir ki, qonaqlarının tələblərinə cavab versin və sürətli, keyfiyyətli xidmət təmin etmək üçün mütəmadi olaraq yeni konsepsiya və xidmətlər tədbiq edir. Hal-hazırda dünya üzrə başlıca trendlərdən biri çatdırılma xidmətidir və məhz bu göstərici McDelivery-nin Bakıda işə başlaması üçün əsas təkanlardan biri olmuşdu. Tərəfdaş olaraq Avropanın aparıcı yüksək-texnoloji şirkətlərindən olan və Bakida 15 İyul tarixindən çalışan Wolt şirkəti ilə əməkdaşlığa başlamaq qərarı verilmişdir.

Hal-hazırda McDonald’s-ın Bakıda 3 filialından çatdırılma mümkündür:

- “Sahil” metro stansiyası yaxınlığında yerləşən restoran;

- “Gənclik” metro stansiyası yaxınlığında yerləşən restoran;

- “20 Yanvar” metro stansiyası yaxınlığındakı Bravo hipermarketində yerləşən restoran.

Qeyd edək ki, McDonald’s və Wolt yaxın zamanda tətbiqə yeni filiallar əlavə etməyi də planlaşdırır.

Wolt vasitəsilə McDonald’s-dan necə sifariş etmək olar?

1. iPhone və ya Android üçün Wolt tətbiqini yükləyin və ya Wolt.com saytından sifariş edin;

2. Tətbiq sizin yerləşmənizi avtomatik təyin edərək ünvanınıza çatdırılma edən restoranların siyahısını göstərəcək;

3. Restoranların siyahısından “McDonald’s” seçimini edin;

4. Öz sifarişinizi toplayın və onu təsdiqləyin;

5. Siz sifarişiniz haqda hər an yeniləmələr əldə edəcək və hətta sifarişinizin xəritədə sizə necə yaxınlaşdığını görə biləcəksiniz;

6. Ödəniş tətbiq vasitəsilə kartdan qəbul olunur və qəbzlər birbaşa elektron ünvanınıza göndərilir.

İndiyədək Wolt-dan sifariş etməmisinizsə, “MCDONALDSAZ” promo kodunu daxil edin və ilk sifarişinizdə 6 AZN endirim əldə edin.

0.10096096992493