Venesuelanın XİN rəhbəri Bakıda dünyaya səsləndi

 

 

Venesuela ölkələrin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşır. Qoşulmama Hərəkatının əsas prinsiplərindən də biri budur. 

paralel.az xəbər verir ki, bunu Venesuelanın Xarici İşlər naziri Xorxe Arreasa Bakıda Qoşulmama Hərəkatının Xarici İşlər Nazirlərinin Şurasının iclasında deyib. 

O bildirib ki, dünyada ölkələrin xarici təcavüzə qarşı müqavimət göstərməsi, qorunması vacibdir. 

“Lakin təəssüflər olsun ki, bu gün işğal, hərbi, siyasi müdaxilənin şahidi oluruq”, - deyə o əlavə edib. 

XİN rəhbəri bildirib ki, Venesuela da aqressiyanın qurbanıdır:

“Bu isə ölkədə sülh və təhlükəsizliyin əleyhinə yönəlib. Venesueelaya siyasi müdaxilələr iqtisadi, humanitar problemlərə gətirib çıxarır. 

Venesuela isə dialoq tərəfdarıdır. Biz beynəlxalq hüquqa hörmət edirik. Biz bu istiqamətdə, siyasi razılığa gəlinmə rolu ilə problemləri həll etmək niyyətindəyik. 

Biz beynəlxalq hüquqa və prinsiplərə əməl etməyi davam edəcəyik. Qoşulmama Hərəkatının üzvlərinə BMT-nin İnsan Hüquqları Komitəsində bizə dəstək olduqları üçün təşəkkür edirik”. 

Aqşin Kərimov

0.10807108879089