Sərxoş sürücü tuneldə qəza törətdi – FOTO

Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

paralel.az xəbər verir ki, qəza Heydər Əliyev prospektində baş verib.

“90-VH-161” dövlət qeydiyyat nişanlı “Volkswagen” markalı avtomobil idarəetmədən çıxaraq “Bağırov körpüsü” kimi tanınan tunelin arakəsmələrinə çırpılıb. 

Zərbənin gücündən avtomobildə olan və şəxsiyyəti hələlik naməlum sərnişin pəncərədən çıxaraq yerə çırpılıb.

Qəza nəticəsində avtomobil deformasiyaya uğrayıb.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və DYP, eləcə də Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.

Qəzanı törədən sürücü saxlanılıb. Məlumata görə o, avtomobili sərxoş vəziyyətdə idarə edirmiş.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu

0.1216139793396