Bərdə sakini Hacıqabulda faciəvi şəkildə öldü: üstündən yük maşını keçdi

Hacıqabulda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  

paralel.az-ın bölgə müxbirinin məlumatına görə, hadisə bu gün gecə saatlarında rayonun Muğan qəsəbəsi ərazisində qeydə alınıb.  

Yolu keçmək istəyən Bərdə sakini, 1953-cü il təvəllüdlü Oqcamanov Zöhrab Böyükkişi oğlunu ağır tonnajlı yük maşını vuraraq öldürüb.  

Faktla bağlı araşdırma aparılır. 

0.11837005615234