Ramanada yaşlı qadını maşın vurdu

 

 

Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.  

paralel.az xəbər verir ki, qəza Ramana qəsəbəsində qeydə alınıb.  

Yeni Ramana qəsəbəsində keçidin yaxınlığında minik avtomobili yolu keçmək istəyən piyada, 1971-ci il təvəllüdlü İsrafilova Mahirə İslam qızını vurub.  

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.  

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.  

Kamil Əmirli  

Elşad Mətləboğlu 

0.41125392913818