Gəncədə zəncirvari qəza: “VAZ”lar və “Mercedes” toqquşdu, iki nəfər yaralandı - FOTO

Gəncədə zəncirvari qəza olub.  

paralel.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində, “Dəyirman” dairəsi adlanan ərazidə baş verib.  

Qəza nəticəsində “VAZ-2107” markalı avtomobillə “VAZ 21-011” və “Mercedes” markalı avtomobil toqquşub.  

Hadisə zamanı “VAZ-2107” markalı avtomobilin sürücüsü Əliyev Elvin İmaməddin oğlu, “Mercedes” markalı avtomobilin sürücüsü Cəfərov İkram Nadir oğlu və “VAZ-21011” markalı maşının sürücüsü Hacıyev Məsim Əbülfət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

İlkin məlumatlara görə, qəzaya səbəb “VAZ-2107” markalı avtomobilin yüksək surətlə idarə edilməsi olub. 

Faktla bağlı araşdırma aparılır. 

0.12928795814514