Gəncədə 17 yaşlı gənci ürəyindən bıçaqladılar

 

 

Gəncədə 17 yaşlı gənc öldürülüb. 

paralel.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Bağmanlar qəsəbəsində “Xan Arxı” deyilən ərazidə baş verib. 

İnsident nəticəsində 2002-ci il təvəllüdlü, Gəncə şəhər sakini Verdiyev Əzim Elşad oğlu ürəyindən bıçaqlanıb. 

Yaralı ağır vəziyyətdə Gəncədəki xəstəxanalardan birinə gətirilib.  

Həkimlər əməliyyat edilən yeniyetmənin vəziyyətini ağır qiymətləndirir.  

Hələlik hadisənin hansı şəraitdə və kim tərəfindən törədildiyi məlum deyil. 

0.36919593811035