Məcburi köçkünlərin yaşadığı “Vaqonlar” qəsəbəsinə qaz çəkilir - VİDEO

 

 

Mingəçevirin “Vaqonlar” adlanan qəsəbəsinə yeni qaz xətti çəkilir.  

İşləri “Azəriqaz İnşaat Servis” şirkəti həyata keçirir.  

Qaz xəttlərinin çəkilişinə təxminən iki aya yaxındır başlanılıb və qəsəbənin mavi yanacaqla təmin edilməsi istiqamətində işlərin 80 %-i bitib.  

Qəsəbənin qazlaşdırılması dövlət proqramı əsasında aparılır.  

“Vaqonlar” qəsəbəsində əsasən Ağdam və digər rayonlardan olan məcburi köçkün ailələri məskunlaşıb. 

Bu ərazilərdə sovet dönəmində bəri qaz olmayıb. Qəsəbənin qazlaşdırılması yaxın bir ay ərzində tam yekunlaşacaq.  

Artıq sınaq tədbirləri aparılır. 

 

0.45433616638184