Çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirildi, yıxılaraq yaralandığını dedi

 

 

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

paralel.az-ın bölgə müxbiri xəbər verir ki, şəhər sakini, 1974-cü il təvəllüdlü Məhərrəmov Rövşən İlyas oğlu döş qəfəsinin və hər iki qolun çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

R.Məhərrəmov bildirib ki, Samuxun Kolayır kəndində yolda yıxılaraq bıçaq xəsarətləri alıb. Amma onun bıçaqlandığı ehtimal edilir. 

Faktla bağlı araşdırma aparılır.

0.1131808757782