Vitse-prezident: SOCAR təmsil olunduğu ölkələrdə ən yaxşı tərəfdaş olmağa çalışır

 

 

“SOCAR-ın beynəlxalq şirkət olması Gürcüstanda özünü ən yaxşı formada nümayiş etdirir.

Report xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov Tbilisi İpək Yolu Forumunun “Energetikanın gələcəyi” mövzusunda təşkil olunan paneldə çıxışında bildirib.

Onun sözlərinə görə, şirkətin Gürcüstandakı nümayəndəliyinin ölkənin dövlət rəsmiləri ilə sıx tərəfdaşlıq münasibətləri var:

“SOCAR təmsil olunduğu ölkələrdə ən yaxşı tərəfdaş və ən yaxşı xidmət təminatçısı olmağa çalışır”.

Y.Lətifov SOCAR-ın müxtəlif neft və neft-kimya məhsulları istehsal etdiyini qeyd edərək, şirkətin balanslaşdırılmış və yaxşı inteqrasiya edilmiş dəyər zənciri yaratdığını bildirib:

“Bu bizə hansısa konkret məhsul və ya xidmətdən daha az asılı olmağa imkan verir”.

SOCAR rəsmisi Azərbaycanda insan kapitalının inkişafı məsələsinə da toxunub. O, Azərbaycanda ən yaxşı və istedadlı insanların neft-qaz mühəndisliyi üzrə təhsil aldığını vurğulayıb. 

0.38372588157654