Müdafiə nazirinin soyadını səhv yazan Tramp tvitini silməli olub

ABŞ prezidenti Donald Tramp Müdafiə naziri Mark Esperin soyadını səhv yazdığı Suriya ilə bağlı “Twitter” mesajını silməli olub. 

Öz ölkəsinin Müdafiə nazirinin soyadını Esper əvəzinə, “Esperanto” şəklində yazan Trampın ilk tvitində deyilirdi: 

“Atəşkəs qaydasında gedir. Tez başa çatan bəzi kiçik münaqişələr var. Kürdlər yeni bölgələrdə məskunlaşırlar. ABŞ qoşunları münaqişə və ya atəşkəs zonalarında deyil. Neftin təhlükəsizliyini təmin etdik. Əsgərlərimizi evə gətiririk”.

Soyadı səhv yazdığı üçün tvitini yeniləməli olan Trampın ikinci yazısında sonuncu cümlənin olmamağı da diqqət çəkib. Həmçinin bu dəfə o, Mark Esperin adını işarələyib. 

 

0.45797395706177