XIX əsrdə işğalçılar, bu gün Əhmədzadə və işçisi Azim Kərimov tərəfindən təcavüz olunan “Xan qızı”- (foto)

Azərbaycanın ən iri aqrar rayonlarından biri olan Beyləqan ölkə əhalisinin kənd təsərrüfatı məhsulları ilə təmin olunmasında həmişə mühüm rol oynamışdır. Bu sahənin inkişafına əhəmiyətli dərəcədə təsir edən məsələlərdən biri və birincisi əlbəttə ki, əkinə yararlı torpaqların suvarma suyu ilə təminatıdır.
 
Meliorasiya və Su Təsərrüfatı ASC-nin Beyləqan rayon Suvarma Sistemləri İdarəsinə təcrübəli mütəxəssis, əməkdar mühəndis Ələmşad Məmmədquliyevin rəhbərlik etdiyi dönəmdə İdarə öz üzərinə düşən vəzifələrin öhdəsindən qənaətbəxş səviyyədə gələ bilirdi. Amma Ələmşad müəllim təqaüdə çıxandan və Azim Kərimov rəis vəzifəsinə təyin olunandan sonra İdarənin fəaliyyəti gözə görünmür yalnız kağız üzərindədir. Təzə rəisin işi-gücü yalnız İdarəyə ayrılan pulları “silməkdən” ibarətdir desək, yanılmarıq.
Xatırladaq ki, Beyləqan Suvarma Sistemləri İdarəsi Xan qızı və Qarabağ kanalları vasitəsilə Beyləqanda 50 min 497 hektar, İmişlidə isə 639 hektar sahəni suvarma suyu ilə təmin etməklə vəzifələndirilib. Hazırda idarənin balansında 1181,9 kilometr suvarma kanalı, 1304 hidrotexniki qurğu, 492 körpü və keçid var. XAN QIZI ARXI – Beyləqan ərazisində çəkilmiş Govurarxın bir hissəsini təşkil edir. Govurarx həm Beyləqan şəhərini həm də onun ətrafındakı kəndləri su ilə təchiz etmiş, qədim Beyləqan şəhəri monqollar tərəfindən dağıdıldıqdan sonra, Govurarxında suyu qurumuşdur. XIX əsrin 70-ci illərində Xan qızı (Xurşudbanu Natəvan) Govurarxı yenidən təmir etdirmiş və Mil düzünə su gətirilməsinə nail olmuşdur. Həmin vaxtdan da Govurarx “Xan qızı” arxı kimi adlanmışdır.
Son dövrlər Beyləqan şəhərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Xan Qızı kanalı da təmizlənməsi məqsədilə qurudulub. Amma təəccüblüdür ki, təmizlənmə işlərini məhz rayon Suvarma Sistemləri İdarəsi aparmalı olduğu halda, bu işlərin görülməsi aidiəti olmayan başqa büdcə idarə, müəssisə və təşkilatlarının üzərinə qoulub. Halbuki, SSİ-ə hər il bu və digər məqsədlərlə böyük kəmiyyətlərlə ölçülən maliyyə vəsaiti ayrılır və rəis Azim Kərimovun sərəncamına verilir. Onu da qeyd edək ki, sözügedən kanalın təmizlənməsi yeganə problem deyil, onun bərpası məsələsi də narahatlıq doğurur. Belə ki, kanalın yan beton divarları oyulub töküldüyündən ətraf ərazinin şoranlaşmasına səbəb olur eyni zamanda yaxınlıqda yerləşən evlərə və təsərrüfatlara ziyan vurur.
Maraqlıdır ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri cənab Əhməd Əhmədzadə bütün bu neqativ halları və Azim Kərimovun təmtəraqlı həyat tərzini o cümlədən, öz katibəsinə hədiyyə etdiyi 1500 manatlıq “Ayfon” tipli telefonu görmür.
RealMedia.az.
Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
0.12837219238281