Cəbhə xəttinə yaxın əkin sahəsində top mərmisi tapıldı - FOTO

 

 

Ağcabədi rayonu, Haramı düzü ərazisində 1 ədəd top mərmisi tapılıb.

paralel.az Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) istinadən xəbər verir ki, mərmi Haramı düzünün Yeni Qaradolaq kəndinə düşən hissəsində, əkin sahəsində aşkar olunub.

Agentliyin mütəxəssisləri tapılan 1 ədəd 125 mm-lik top mərmisini (OF-26) mərkəzi məhvetmə ərazisində zərərsizləşdiriblər.

Qeyd edək ki, mərminin tapıldığı sahə işğal olunmuş ərazilərdə qoşunların təmas xətti yaxınlığındadır.

 

0.13968014717102