Milli Məclisin deputatı Londona gedir

 

 

Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev  NATO Parlament Assambleyasının (NATO PA) 65-ci illik sessiyasında iştirak etmək üçün oktyabrın 10-da Böyük Britaniyanın paytaxtı Londona yola düşəcəklər. 

paralel.az-ın xəbərinə görə, NATO PA-nın illik sessiya çərçivəsində əvvəlcə NATO PA-nın komitə iclasları keçiriləcək.

Komitə iclaslarında müxtəlif mövzuları əhatə edən 15 hesabat və yeddi qətnamə layihəsi müzakirə ediləcək.

İllik sessiya çərçivəsində son dövrdə görülən işlər, növbəti il üçün fəaliyyət planı ilə bağlı fikir mübadiləsi aparılacaq.

Maliyyə sənədləri təqdim ediləcək. NATO dəyərlərinin qorunması, NATO prinsiplərinə sadiqlik əsas müzakirə mövzuları olacaq. 

Milli Məclisin deputatları tədbirlərdə müzakirəyə çıxarılacaq məsələlərə münasibət bildirəcəklər. 

Səfər oktyabrın 15-də başa çatacaq.

Aqşin Kərimov

0.12262511253357