Mehdiabadda “Nissan” 28 yaşlı gənci vurdu
Abşeronda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
paralel.az xəbər verir ki, Mehdiabad qəsəbəsində “Nissan” markalı nəqliyyat vasitəsi yolu keçmək istəyən 1991-ci il təvəllüdlü Ələkbərov İntiqam Üzeyir oğlunu vurub.
Yaralı xəstəxanaya yerləşdirilib. Ona ayağın sınması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli, Elşad Mətləboğlu