Bakıda qəzada Çin vətəndaşları yaralanıb

Qaradağ rayonunda baş verən qəzada 2 nəfər Çin Xalq Respublikası vətəndaşı xəsarət alıb. Sədərək ticarət mərkəzinin ərazisində “Mercedes” və “Hyundai” markalı nəqliyyat vasitələri toqquşub. Qəza zamanı “Hyundai” markalı avtomobildə olan Çin vətəndaşları 1978-ci il təvəllüdlü Ye Qioloma Ye Şivan və 1986-ci il təvəllüdlü Dan Xioxi ağır xəsarət alıblar.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu

0.12424898147583