Mətbuat Şurası jurnalistləri Bakı Nəqliyyat Agentliyinə topladı

 

Mətbuat Şurası jurnalistləri Bakı Nəqliyyat Agentliyinə topladı.


Görüşdə Bakı Nəqliyyat Agentliyi vətəndaşların narazılığına nə vaxt son qoyacaq?,- sualı geniş müzakirə oldu.
Müzakirədə BNA-nın rəhbəri Vüsal Kərimli, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid, ekspert Azər Həsrət, "Trend" -in redaktor müavini Arzu Nağıyev çıxış etdilər. Çıxış edənlər Bakı şəhərində marşurut avtobuslarında baş verən nöqsanlardan və bu nöqsanların aradan qaldırılması yollarından danışdılar.


Görüşdə Vüsal Kərimli jurnalistlərin çıxışlarda toxunduğu nöqsanların aradan qaldırılması istiqamətində görülən işlərdən danışdı. Görüşün atmosferindən aydın hiss olundu ki, BNA rəhbəri Vüsal Kərimli Bakı şəhərində Avropa tipli nəqliyyat idarəetmə sistemi qurmaq bacarığına qadir, gənc mütəxəssisdir.

Jurnalistlərlə BNA rəhbərliyinin görüşü iki saatdan çox çəkdi və hər kəs bu görüşün hər iki tərəf üçün çox faydalı olduğunu qeyd etdi.

Abbas

 

0.35201501846313