"Hürrəm sultanın" zinət əşyaları Bakıda satışa çıxarıldı - VİDEO

 

 

Osmanlı dönəmində sultanların istifadə etdikləri qızıl-zinət əşyaları Bakıdadır.

paralel.az xəbər verir ki, İçərişəhərdə nümayiş etdirilən aksesuarların satışı da həyata keçirilir. 

“El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalında təqdim olunan, “Hürrəm sultanın”da (“Muhteşem Yüzyıl”ın qəhramanı) istifadə etdiyi bu zinət əşyalarını almaq istəyənlər üçün qiymətlər 750 – 2000 dollarından yəni 1250- 3500 manat arasında dəyişir. 

“El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalında qədim dövrlərdən bu günümüzə qədər müxtəlif əl işlərini hazırlayan onlarla sənətkarın işlərini görmək mümkündür.

Qeyd edək ki, 30 müsəlman ölkəsindən 50-dən çox sənətkarın iştirak etdiyi festival oktyabrın 4-ə qədər davam edəcək. 

Tehran Orucoğlu, Bəhruz Abbasov

 

0.11312413215637