Elçin Quliyev ermənilərin təxribat törətdiyi ərazidə - FOTO

 

 

2019-cu ilin 2-3 oktyabr tarixlərində Dövlət Sərhəd Xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın “Qazax” əlahiddə sərhəd diviziyasının Ermənistanla dövlət sər­hə­dində yerləşən sərhəd döyüş məntəqə­lə­rin­in xidmə­ti-döyüş fəaliyyətini yox­la­yıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. 

Son günlərdə xid­­mə­ti əra­­zidəki əməliyyat şəraiti, Ermənistan Si­lahlı Qüvvələrinin bölmələri tərəfindən mütəmadi olaraq atəşkəs rejimi­nin pozulması, təxribat-diversiya cəhdləri və bununla əlaqədar görülən tədbirlər barədə vəzifəli şəxslərin məruzələri dinlə­nilib, dövlət sərhə­dinin müdafiəsi və mühafizəsi üzrə xid­məti fəaliy­yətin təkmilləş­diril­məsi, düşmənin təxribatlarının qarşı­sının qətiy­yətlə alınması, şəxsi heyətin təhlükəsizliyinin daha da gücləndiril­məsi barədə tapşırıqlar verilib.

 

0.68440008163452