Bakıda qırmızı işıqdan keçən avtomobil qəza törətdi – FOTO/VİDEO

 

 

Nəsimi rayonunda iki minik avtomobili toqquşub.

paralel.az xəbər verir ki, hadisə Rəşid Behbudov və Süleyman Rüstəm küçələrinin kəsişməsində baş verib.

S.Rüstəm küçəsində hərəkətdə olan “BYD” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığından keçib. Bu zaman Rəşid Behbudov küçəsi ilə hərəkətdə olan “Opel” markalı nəqliyyat vasitəsi “BYD”-yə çırpılıb.

Qəza zamanı xəsarət alan olmayıb. Avtomobillərə ciddi ziyan dəyib.

Əraziyə Nəsimi Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

 

Kamil Əmirli, Elşad Mətləboğlu

0.15505719184875