“Azərbaycanlılardan öyrənirik”: ABŞ ordusunun saytı Ştatların və ABŞ-ın “müharibəsi”ndən danışır - FOTO

 

 

ABŞ ordusunun rəsmi saytı olan army.mil Almaniyanın Hoenfels təlim mərkəzində (EUCOM) ABŞ-ın Avropa komandanlığı tərəfindən keçirilən “Saber Junction-19” çoxmillətli briqada taktiki təlimləri haqqında reportaj yayımlayıb. 

Media.Az bundan əvvəl xəbər verib ki, bu təlimlərdə Azərbaycan hərbçiləri də iştirak edib.

ABŞ ordusunun saytı məhz bizim hərbçiləri öz materialında xüsusi qeyd edib

Ssenariyə əsasən, Azərbaycanın sülhməramlı bölüyü və ABŞ ordusunun dördüncü piyada alayının birinci batalyonu uydurma Kittenze şəhərini işğal etmək uğrunda mübarizə aparan müxalif qüvvələr qismində çıxış ediblər. ABŞ-ın 173-cü piyada briqadasının əsgərləri çoxmillətli qüvvələrlə birlikdə onlara müqavimət göstəriblər. Bununla qüvvələrin birgə yerüstü əməliyyatlara hazırlığı yoxlanılıb. 

“Belə təlimlər zamanı xüsusən də şəhər müdafiəsi əməliyyatlarının aparılması və ümumilikdə əlaqələrin yaxşılaşdırılması məsələlərini bir-birimizdən öyrənirik. Öz əsgərlərimin əhəmiyyətli uğurlarını görürəm”, - Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Samir Yusubov deyib. 

Bu cür simulyasiya edilmiş ssenarilər ABŞ və Azərbaycan ordusu kimi çoxmillətli müttəfiq və tərəfdaşları öyrətmək üçün ideal imkanlar yaradır. Birgə təlimlər bütün iştirakçılara döyüş qabiliyyətini və ünsiyyətlərini gücləndirməyə imkan verir. 

“Missiyalarda ümumi uğur qazanılmasına kömək edən bir çox əl işarəsi istifadə edərək, dil maneəsini dəf etməli olduq. Biz bir-birimizdən çox şeylər öyrəndik”, - ABŞ ordusunun kapitanı Kayl Çeyz öz növbəsində bildirib.

0.48941802978516