Türkiyənin məşhur aktyoru vəfat etdi

 

 

Türkiyənin məşhur “Yeşilçam” aktyoru Abdi Algül 86 yaşında vəfat edib.

“Hürriyət” xəbər verir ki, aktyorun ölüm səbəbi kimi uzun müddət ağır xəstəlikdən əziyyət çəkməsi göstərilib.

Daha çox mənfi obrazları canlandıran aktyor “Tokatçı” filmində Qara Borsaçı rolu ilə məşhurlaşıb.

Kemal Sunal ilə birgə filmlərdə də oynayan aktyor 170-ə qədər rolun ifaçısı olub.

Sevinc Yasinqızı

0.14163303375244