Naxçıvan MR-da “Elektron məhkəmə” sistemi istifadəyə verildi - FOTO/VİDEO

 

 

Cari ilin sentyabr ayının 27-də Naxçıvan Muxtar Respublikasında ölkə başçısı İlham Əliyev cənablarının “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə bağlı tapşırıqlarının icrası məqsədilə geniş iclas keçirildi.

Tədbirin açılışı Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Hüquqmühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov, Ali Məhkəmənin sədri Qasım Əliyev, Ədliyyə naziri Sulidin Əliyev və Ədliyyə Nazirliyi “Elektron məhkəmə” informasiya sistemi üzrə İşçi Qrupunun rəhbəri, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti, hakim Ramin Qurbanov tərəfindən həyata keçirildi.

Naxçıvan Muxtar Respublikası məhkəmələrinin sədrləri və hakimləri, habelə icra qurumlarının rəislərinin iştirakı ilə keçirilən iclasda “Elektron məhkəmə” və “Elektron icra” informasiya sistemlərinin imkanları və funksionallıqları Ali Məhkəmə Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və statistikası təhlili şöbəsinin müdiri Cahan Bayramova və Ədliyyə Nazirliyi İcra və probasiya şöbəsinin rəisi Emin Kazımov tərəfindən nümayiş olunaraq bu sistemlərin ədalət mühakiməsinin və icra xidməti işinin səmərəliliyinin və şəffaflığının artırılmasına müsbət təsiri, vətəndaşlara və sahibkarlara elektron xidmətlərin göstərilməsi imkanları və istifadəçilərin elektron əlçatımlığının təmin edilməsindən bəhs olundu.

Qeyd olundu ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri cənab Vasif Talıbovun dəstəyi ilə məhkəmə infrastrukturu tamamilə yenilənərək beynəlxalq tələblərə cavab verən müasir məhkəmə binaları istifadəyə verilib.

0.12099385261536