Tanınmış mərhum şair Oqtay Rzanın 40 mərasimi keçirilib

 

 
 
Paralel.az  bildirir ki, tədbirin təşkilatçısı Salyan rayon icra hakimiyyəti və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) rəhbəri İlham İsmayılovdur.

Mərasimdə millət vəkili Əflatun Amaşov, Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov, ATƏXM sədri İlham İsmayılov və Azərbaycanın digər tanınmış şəxsləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Şairin qəbri ziyarət ebilib, məzarı üstünə əklillər qoyulub.

Sonra rayondakı “Büllur“ sarayda Oqtay Rzanın xatirəsinə həsr olunmuş tədbir keçirilib.

İştirakçılar Oqtay Rza yaradıcılığından, poeziyasından söz açaraq, onun şair, pedoqoq kimi fəaliyyətindən danışdılar.

Sonda şairin ruhuna dualar oxunub və ehsan verilib.

Xatırladaq ki, yaradıcılığı boyu 27 kitabı işıq üzü görən Oqtay Rza 1934-cü il noyabrın 2-də Azərbaycanın Salyan rayonunun Qalalı kəndində anadan olmuşdur. Arbatan kənd yeddiillik məktəbini bitirib Salyan şəhərindəki Nizami adına orta məktəbdə təhsilini davam etdirmişdir (1948-1951). Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfıyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib geoloq ixtisası almışdır (1951-1956). Əmək fəaliyyətinə Bayıldakı Neft və Qazçıxarma İdarəsinin 5 saylı mədənində başlamışdır: operator, baş operator, neftçıxarma ustası olmuşdur (1956-1961). Elmi-tədqiqat işi müdafıə edib geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Azərbaycan KP MK yanında ikiillik marksizm-leninizm universitetini fərqlənmə diplomu ilə bitirmişdir (1980). N.Tusi adına APİ-nin ümumi coğrafıya kafedrasında müəllim, baş müəllim (1966-1969), hazırda isə dosent işləyir (1971-cı ildən). Bakı Sovetinin deputatı seçilmişdir (1959-1960).

1961-ci ilin noyabr-dekabr aylarında Ümumdünya Həmkarlar İttifaqları Təşkilatının Moskvada keçirilən 5-ci konqresində sovet nümayəndə heyətinin tərkibində iştirak etmişdir.

"Bir may" adlı ilk şerini yeddiillik məktəbdə oxuyarkən yazıb "Sosializm yolu" rayon qəzetində dərc etdirmişdir. Həmin vaxtdan poetik yaradıcılıqla müntəzəm məşğul olur, bədii tərcümələr də edir. Dünya xalqlarının ədəbiyyatından tərcümələri dövri mətbuatda müntəzəm çap olunur.

Əsərləri xarici mətbuatda dərc edilmişdir. "Kamennıy Svetilnik" şerlər toplusu 1987-ci ildə Moskvada kütləvi tirajla buraxılmışdır.

Allah rəhmət eləsin!
 
       
0.38534998893738