Dövlət və dövlət dəstəkli özəl sektorda YAP-a qəbul şərt

Dövlət və dövlət dəstəkli özəl sektorda YAP-a qəbul şərt
 

Azərbaycanda əmək bazarının siyasiləşdirilməsi prosesi ardıcıl olaraq davam etdirilir.  Bütün dövlət müəssisələrində və idarəetmə orqanlarında vətəndaşlar işə qəbul olunduqdan sonra onlar qarşısında hakim partiyaya üzv olmaq tələbi qoyulur. Hətta, dövlət sifarişlərini həyata keçirən, dövlətdən dəstək alan və məmurlara məxsus özəl şirkətlərdə də bu prinsip höküm sürür.

Bölgə müxbirimizin Ağcəbədidən verdiyi məlumata görə, Müsavat Partiyasının Ağcəbədi Rayon Təşkilatının fəal üzvlərindən olan Abdullayev Rəşad Nizami oğlu Dövlət Qulluğuna Qəbul İmtahanı verib və nəticələrə əsasən Ağcəbədidə yerləşən Heydər Əliyev muzeyinin müdür müavini vəzifəsinə təyinat alıb. Bölgə müxbirinin dediyinə görə, R. Abdullayev işə qəbul ediləndən üç ay sonra - 2010-cu ilin oktyabr ayında rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Əhmədov onu yanına çağıraraq deyib ki, müsavatçının Heydər Əliyev muzeyində müdir müavini işləməsi yolverilməzdir: "Ya Müsavat Partiyasından imtina edib, YAP-a üzv olmalısan, ya da işdən çıxmalısan. R.Əhmədov onu da əlavə edib ki, əgər təklifi qəbul eləmədən işə davam etmək fikrinə düşsən, "vəzifədə yol verdiyini nöqsanlara görə" qərarla işdən azad ediləcən. R.Abdullayev isə siyasi əqidəsini üstün tutaraq vəzifəsindən öz ərizəsi ilə azad olunub, baxmayaraq ki, vəzifə maaşı onun üçün həyati vacib maliyyə təminatı idi".

Bölgə müxbirinin sözlərinə görə bu birinci və sonuncu hal deyil, Abcəbədi rayonunda belə faktlar yüzlərlədir.

R.Abdullayev redaksiyamızla əlaqə zamanı faktı təsdiqləyib. Lakin Ağcəbədi Rayon İcra Hakimiyyətindən bildirdilər ki, Rəşad Abdullayev öz ərizəsi ilə işdən azad edilib, ona bu istiqamətdə heç bir təzyiq göstərilməyib.

Akif

0.011098861694336