Avropadakı separatizm halları ilə Dağlıq Qarabağ problemi oxşar xarakterli məsələdir

Etnik separatizm bir xəstəlik kimi Avropaya, Yaxın Şərqə və digər ölkələrə geniş yayılmağa başlayıb

Qloballaşan dün-yamızı təhdid edən problemlərdən qurtulmaq və bəşər sivilizasiyasında əmin-amanlığı, sabitliyi bərqərar etmək üçün ilk növbədə dinlər, millətlər, dövlətlər arasında qarşılıqlı əməkdaşlığa nail olmaq lazımdır. Qarşılıqlı əməkdaşlığın, dialoqun bərqərar olduğu bir cəmiyyətdə multikultural və tolerant dəyərlərin qorunub inkişaf etdirilməsi daha asan olur. 

Məlumdur ki, müasir dünyada etnik, dini, irqi və digər fərqliliklər arasında separatizm hallarının artması, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, bəşəriyyətin sülh, əmin-amanlıq şəraitində yaşamasına mənfi təsir göstərən əsas amillərdən biridir. Çünki etnik separatizm bir qayda olaraq, millətlərarası, bəzən dövlətlərarası, hətta mədəniyyətlərarası münaqişələr doğurur ki, onların da çoxu hərbi toqquşmalarla nəticələnir və yayılma arealı demək olar ki, dünyanın əksər bölgələrini əhatə edir. Buna misal olaraq, Yaxın və Orta Şərqdə, Asiyanın digər regionlarında, Afrika, Avropa, Amerikada baş verən münaqişələri və qarşıdurmaları göstərmək olar.

 Soyuq müharibənin başa çatmasından sonra keçmiş postsovet məkanında da etnik separatizm meylləri baş qaldırmağa başladı. Rusiyada Çeçenistan, İnquşetiya, Dağıstan və digər subyektlər, Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Moldovada Dnestryanı münaqişələr regionun sabitliyini hər an sarsıda biləcək potensial təhlükə mənbəyinə çevrildi və bu ərazilərin bəzilərində separatizm bu gün də davam edir. Belə münaqişələr beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozaraq, dövlətlərin ərazi bütövlüyü və suverenliyini ciddi təhlükəyə məruz qoyur. Dünya ictimaiyyəti,  beynəlxalq birliklər və aparıcı dövlətlər etnik separatizmə qarşı qətiyyətli mübarizə aparmazsa, proses daha geniş xarakter alaraq, planetimizin böyük bir hissəsini irqi, milli və dini münaqişələr meydanına çevirə bilər. Milli-etnik münaqişələrin həllinə biganəlik və hətta proseslərin süni şəkildə qızışdırılması özünün acı nəticələrini Avropada - İspaniyanın Kataloniya vilayətində etnik separatizmin baş qaldırması ilə əyani şəkildə bir daha ortaya qoydu. Qeyd etmək lazımdır ki, dini-irqi və milli dözümsüzlük, dağıdıcı separatizm kimi hallar, insanları kütləvi şəkildə qaçqın-köçkün və miqrant həyatı yaşamağa məcbur edir. Bu sahədə mövcud olan problemlərin çətinliyini Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasətinə məruz qalan Azərbaycan daha yaxından hiss edir. Ölkəmizin məruz qaldığı etnik təmizləmə və işğalçılıq siyasətinin nəticələrinə və dünyanın müxtəlif regionlarında milli zəmində cərəyan edən qarşıdurmaların təhlilinə əsaslanaraq demək olar ki, etnik separatizm heç bir halda xalqların daxili ehtiyacından deyil, müəyyən siyasi qüvvələrin məhdud mənafelərindən və beynəlxalq dairələrin biganəliyindən qaynaqlanır.

Bu səbəbdən də, bu kimi halların qarşısının alınması üçün ilk növbədə beynəlxalq ictimaiyyət öz dəstəyini göstərməlidir. Əks təqdirdə, bu prosesin qarşısını almaq çox çətin olacaq. Məlumdur ki, etnik münasibətləri konflikt vəziyyətinə gətirmək, etniklikdən bir siyasət kimi istifadə etmək də, bu gün üçün çox böyük təhlükələr yaradır. Bu, beynəlxalq hüquq normalarının tanınmamasına, stabilliyin pozulmasına, xalqlar arasında inamsızlığın yaranmasına gətirib çıxarır. Buna bariz nümunə kimi, erməni millətçilərinin yürüt-düyü etnik separatizm və etnik müstəsnalıq siyasətini qeyd etmək olar. Məhz bunun nəticəsidir ki, bu gün Ermənistanda əhalinin 99,9 faizi ermənilərdən ibarətdir, digər millətlər ölkədən sıxışdırılaraq çıxarılıb, hətta öz tarixi torpaqlarında yaşayan azərbaycanlıların belə, orada qalmalarına imkan verilməyib. Baxmayaraq ki, hazırda  Ermənistan dövlətinin mövcud olduğu ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Ermənilərin kompakt yaşadığı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi və bu məsələyə milli münaqişə donu geyindirməyə cəhdlərin edilməsi də, Cənubi Qafqazda illərlə həll olunmayan ağır problemlərə səbəb olub. Bütün bu problemlərin həlli üçün müasir dünya dövlətləri ilk növbədə etnik separatizmə qarşı birgə mübarizəyə qoşulmalıdırlar.

Bunun üçün də sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü məsələsi əsas fundamental prinsip olaraq qəbul edilməlidir. Bildiyiniz kimi, İkinci Dünya müharibəsindən sonra qəbul edilən bu prinsiplər uzun müddət müharibələrin qarşısını almağa imkan verdi.  Bu gün İsrailin də Fələstinlə çox ağır problemləri var və bunları da nəzərə alaraq, qeyd etməliyik ki,  Azərbaycan və İsrailin bu problemin həll edilməsi istiqamətində əməkdaşlıq imkanları çox böyük-dür. Bu imkanlardan səmərəli istifadə etmək lazımdır.

Bu gün etnik separatizm bir xəstəlik kimi Avropaya, Yaxın Şərqə və digər ölkələrə geniş yayılmağa başlayıb. Biz bunu Kataloniya və İraq Kürdüstanı timsalında da açıq görə bilirik. Onu da bilirik ki, separatizm ölkələri dağıdan bir prosesdir və bunun qarşısını dünyanın əsas siyasi qüvvələri alınmazsa, digər ölkələri də əhatə edəcəyi ehtimalı çox böyükdür. Heç kim elə düşünməsin ki, bu bəla ondan yan keçəcək. Məsələn, bu gün Böyük Britaniya bəyan edir ki, Avropa İttifaqından çıxır, bu qərardan bir müddət sonra Şotlandiya bəyan etdi ki, o da Britaniyanın tərkibindən çıxır. Bildiyiniz kimi, Kataloniyada bunun qarşısını aldılar və onlara beynəlxalq hüquq və konstitusiya çərçivəsində imkan verilmədi. Qeyd etmək lazımdır ki, vaxtı ilə Dağlıq Qarabağ məsələsində də beynəlxalq hüquqa, konstitusiyaya söykənsəydilər, proses bu günümüzə qədər uzanmazdı. Buna görə də tədqiqatçılar qeyd edirlər ki, etnik separatizm həm ölkələri dağıdır, zəiflədir, həm də yeni bir təhlükə mənbəyi yaradır. Buna görə də ilk növbədə beynəlxalq hüquq normaları və konstitusiya çərçivəsində separatizm hallarının qarşısını ilk başlanğıcda qəti şəkildə almaq lazımdır.

Azərbaycan da separatizmdən əziyyət çəkən bir ölkə olaraq, Avropa ictimai dairələri arasında elə güclü iş aparmalıdır ki, səsini hər kəs duysun. Biz təkcə diplomatik sahədə deyil, eləcə də ictimaiyyət nümayəndələri çərçivəsində daha çox fəallıq göstərməliyik. Çünki Kataloniyada baş verənlər, artıq əl-qolumuzu açmağa imkan verir və bizim etnik separatizmin nə dərəcədə təhlükəli bir bəla olduğunu deməyə tam haqqımız və əsasımız var. Biz separatizmin yaratdığı faciələri öz üzərimizdə hiss etmişik və bu gün də hiss etməkdəyik. Bütün bu həqiqətləri Avropaya və bütünlüklə dünyaya çatdırmaq üçün isə hələ çox işlər görməliyik.

Azərbaycan dövləti, başda Prezident İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva olmaqla bu sahədə qlobal işlər görür və nəticələri də göz qabağındadır. Bu gün ölkəmizin dünyada multikulturalizm və tolerantlıq məkanı kimi tanınması da, məhz Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın müstəsna xidmətləri sayəsində mümkün olub.

Məlumdur ki, Avropada mövcud olan separatizm halları ilə Dağlıq Qarabağ problemi də eyni xarakterli məsələdir. Buna görə də biz Avropa ölkələrinin öz problemlərinə diqqəti çəkməklə, Qarabağ məsələsinin də eyni mahiyyət daşıdığını göstərməyi bacarmalıyıq. Bunun üçün də ölkəmizdə və ölkə xaricində keçirilən müxtəlif tədbirlərin, konfransların intensivliyi artırılmalı, aparıcı dünya dövlətlərinin nümayəndələri Azərbaycana dəvət olunmalı, burada onlara həqiqətlərin tam öyrənilməsinə imkan yaradılmalıdır. Onlara anlatmalıyıq ki, əgər mövcud separatizmin qarşısı alınmazsa, yayılaraq hər bir dövlətə daha ciddi təhlükələr yarada bilər.

Onu da qeyd edək ki, erməni separatizmindən əziyyət çəkən təkcə Azərbaycan dövləti deyil, onlar zaman-zaman Türkiyə, Gürcüstan dövlətlərinə qarşı da torpaq iddiaları ilə çıxış ediblər və bu gün də, bu iddialardan əl çəkmək istəmirlər. Erməni separatizminin izlərinə təkcə öz qonşularının deyil, hətta onun sərhədlərindən çox-çox uzaqlarda olan ölkələrdə də rast gəlinir. Onlardan biri də Qazaxıstan respublikasıdır.

Qazaxıstanın Karaqanda şəhərində baş verən faciə hazırda ölkənin hüdudlarından kənarda da geniş müzakirə obyektinə çevrilib. Belə ki, şəhərdə düşən kütləvi dava zamanı bir gənc qazax öldürülüb və onun ölümündə erməni millətindən olan şəxslər şübhəli bilinib.

Qazaxıstanda bu hadisə ilə bağlı keçirilən kütləvi aksiyalara görə Ermənistanın "ArmenianReport" nəşri təhqiramiz bəyanatla çıxış edib: "Qazaxların mahiyyətini və "Zaqafqaziya türkləri" ilə qan qohumluğunu nəzərə alaraq, Qazaxıstanda ermənilərin məhv edilməsi reallığa çevrilə bilər".

Nəşr Qazaxıstan cəmiyyətini "mədəniyyətsiz" adlandırıb və qeyd edib ki, burada instinktlər hökmrandır. "Neçənci dəfədir ki, ermənilər Qazaxıstanda özlərinə qarşı qazaxların vəhşi pantürkizmini hiss edirlər", - ermənilər yazır. Bax, buna deyərlər, əsl erməni həyasızlığı.

Bu o deməkdir ki, ermənilər harada olurlarsa, orada separatizm toxumları səpməyə çalışırlar. Məsələyə münasibət bildirən bəzi erməni analitiklər isə baş vermiş olayda Qazaxıstandan kənarda fəaliyyət göstərən bəzi müxalifətçi resursları ittiham edərək, erməniləri təmizə çıxarmağa çalışırlar.

Mətbuata açıqlama verən tanınmış qazax ictimai xadimi Muxtar Tayjan vəziyyəti belə şərh edib: "Münaqişənin tərəfləri qazax və erməni millətindən olan şəxslərdir və bu münaqişə qazaxın ölümü ilə nəticələnib. Əlbəttə ki, bu hadisə ölkənin bütün ictimaiyyətini çalxaladı. Qazaxlar küçələrə çıxaraq, ermənilərin bir hissəsinin Karaqandadan deportasiya edilməsini tələb etdilər. Karaqandadakı erməni diasporu öz gənclərinə görə üzrxahlıq etdi. Lakin, belə deyək ki, münaqişə artıq millətlərarası xarakter alıb.

Qazaxıstan Avropa və Asiya ölkələri kimi, milli dövlətdir. Burada bütün vətəndaşlıq hüquqlarından yararlanan diaspor nümayəndələri də yaşayır, lakin onların yaşadıqları dövlət qarşısında öhdəlikləri də var.

Karaqanda da baş verənlər, yalnız məndə hiddət doğurmayıb. Belə münaqişələr ciddi nəticələrə gətirib çıxara bilər. Mən Bakıda oldum, şəhərdə toxunulmaz qalan erməni kilsəsini gördüm. Bu cür yanaşmanı qiymətləndirmək lazımdır. Su içdiyin quyuya tüpürmək olmaz", - Muxtar Tayjan deyib.

“Paralel”in Araşdırma Qrupu

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 

0.10604310035706