Bişkek şəhərində Tanrıçılıqla bağlı VII Beynəlxalq elmi-praktiki konfransı keçirilib

Faiq Ələkbərli tədbirdə Tanrıçılıq fəlsəfəsi barədə məruzə edib

21-22 sentyabr 2019-cu il tarixlərində Qırğızıstanın Bişkek şəhərində Y.Balasaqunlu adına Milli Qırğız Universitetində Beynəlxalq Tanrıçılığı Araşdırma Fondunun  təşkilatçılığı ilə "Tanrıçılıq və Avrasiya xalqlarının epik irsi: mənbələr və müasirlik"  VII Beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Beynəlxalq elmi-praktiki konfransda Türk xalqlarının (Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Tatarıstan, Yakutiya, Başqırdıstan, Altay, Kalmıkiya, Xakasiya və b.) alimləri ilə yanaşı, digər millətlərin nümayəndələri də  iştirak edib.

Bu mötəbər tədbirdə Azərbaycanı təmsil edən AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, eyni zamanda Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli (Qəzənfəroğlu) "Paralel" (www.paralel.az)-a verdiyi açıqlamasında bildirib ki, "Tanrıçılıq fəlsəfəsi: tarix və müasirlik" adlı məruzəsində Tanrıçılıq fəlsəfəsinin mahiyyətindən bəhs edib. Onun sözlərinə görə, hazırda dünyada bir çox xalqların fəlsəfəsindən və filosoflarından bəhs edildiyi halda, "Türk fəlsəfəsi" anlayışına nadir hallarda rast gəlmək mümkündür: "Bizcə, "Türk fəlsəfəsi", "Türk filosofu" anlayışlarının dünya fəlsəfəsinə, ya da dünya fəlsəfə tarixinə daxil olmamasına əsas səbəb, başqa xalqların dini-fəlsəfi təlimlərin tərkib hissəsi kimi göstərilməsi olub. Halbuki, Türk fəlsəfəsi Tanrıçılıq fəlsəfi təlimi kimi, ayrıca bir özünəməxsusluğa malikdir. Başqa sözlə, qədim dövrlərdən etibarən Tanrıçılıq fəlsəfəsi Türk fəlsəfəsinin nüvəsini təşkil edib və etməkdə davam edir".

F.Ələkbərli onu da əlavə edib ki, əski Türk düşüncəsi, Türk dünyagörüşü Tanrıçılıq (Göy Tanrı) fəlsəfəsi ilə bağlıdır ki, onun da Sami, Yunan, Çin, Hind-İran, Misir fəlsəfələrindən daha öncə var olması qətiyyən şübhə doğurmamalıdır: "Hər halda Turan-Türk uluslarından hesab olunan, m.ö. IV minillikdə İkiçay arasında mövcud olmuş Şumer sivilizasiyasının varlığı da, Turan-Türk kosmoqoniyasının İran, Çin, Hind, Misir kosmoqoniyalarından qədimliyinə dəlalət edir. Şumerlərdə və digər Turan qövmlərdə görünən Göy Tanrı dininin digər dinlərdən daha əski olması, üstəlik, onlara təsir göstərməsi yavaş-yavaş dünya elmində də qəbul olunmaqdadır". 

Konfransda Tanrıçılıqla bağlı kitablar və məqalələr yazan bir çox tanınmış elm adamları (prof. Rafael Bezertinov, prof. Serik Rustambekov, dos. Lena Federova, prof. Talantaaalı Bakçiev, prof. Amangəldi Narımbayeva, Siqin Menghe, Daşnyam Luvsandambın, Özgür Barış Etli, Sartkojaulı Karjaubay, f.e.d. Larisa Anjiqanov və b.) məruzələrlə çıxış edib.

Konfrans çərçivəsində Tanrıçılıqla bağlı bir neçə praktiki ayinlər də icra olunub.

Konfransın sonunda qərara alınıb ki, növbəti elmi-praktiki tədbir Azərbaycanda keçirilsin. Eyni zamanda, növbəti beynəlxalq konfransa qədər Tanrıçılıq dini-fəlsəfi təliminin Türk-Monqol xalqlarının mədəni irsi kimi UNESKO tərəfindən tanınması üçün müraciət olunsun.

Şahnaz Salehqızı

sex1

sex2

sex3

sex4

 

0.33074688911438