Begemot uşağın cinsini necə təyin etdi?

“Twitter”də qarpız və begemot vasitəsilə gözlədikləri övladın cinsini müəyyən etməyə çalışan cütlüyün videosu yayılıb. 

Bu barədə Lenta.ru saytı xəbər verir.

ABŞ-ın Texas ştatının heyvanxanalarından birində çəkilmiş kadrlarda Conatan Cozef qarpızı begemotun açıq ağzına atır. Qarpız əvvəlcədən uşağın cinsini simvolizə edən rəngli jele ilə doldurulubmuş. Əlbəttə ki, göy rəng oğlan, qırmızı rəng qız uşağı anlamına gəlirmiş.

Heyvan qarpızı dişləyən kimi onun içərisindən firuzəyi şirə tökülür. Kişi – gələcək ata həmin andaca “Bəli” deyə çığırır, arvadı Briciti qucaqlayıb, qələbə əlaməti kimi əlini yuxarı qaldırır.

Şərhçilər Conatanın reaksiyasını qınayıblar. İstifadəçilər sual veriblər: “Uşaq qız olsa necə, məyus olacaqdı?”

Başqa bir sosial şəbəkə istifadəçisi isə qəzəblənib: “Oğlan uşağına sahib olacağı üçün sevinməsi dəhşətli bir şeydir. Hələ utanmadan yazıq begemota da boyanmış qarpız yedirib”.

 

0.11789178848267