"Hər  budaqdan bir yarpaq"- Şair, şəhid atası Allahverdi Kərimoğlunun yeni kitabı işıq üzü görüb

21 sentyabr 2019-cu il tarixdə Beyləqan rayonu Tarix-diyarşünaslıq muzeyində Azərbaycan Yazıçılar Birliyinin Beyləqan Bölməsinin və muzeyin birgə təşkilatçılığı ilə şair, AYB-nin üzvü, Prezident təqaüdçüsü, şəhid atası Allahverdi Kərimoğlunun "Hər budqdan bir yarpaq" kitabının təqdimat mərasimi keçirilib.

Kitabın təqdimatı ilə bağlı tədbirdə çıxış edəni AYB-nin Beyləqan Bölməsinin sədri Asif Cəfərli birliyin son vaxtlar keçirdiyi tədbirlərdən, uğurlardan  və gələcəkdə görüləcək işlərdən danışıb. Allahverdi Kərimoğlunun yaradıcılığından söz açan birliyin rəhbəri onun məhsuldar şair olduğunu, şeirlərinin təkcə Beyləqanda deyil, onun hüdudlarından kənarda da sevilə-sevilə oxunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.  A. Cəfərli Allahverdi Kərimoğlunu yeni işıq üzü görən kitabı münasibətilə təbrik edil, ona yeni yaradıcılıq uğurlar arzulayıb.

Birlik sədri daha sonra elan edib ki, birliyin təşkilatçılığı ilə sentyabrın 28-də Ağa Savalanın, oktyabrın 5-də Rövşən Budağın və oktyabrın 25-də Asif Cəfərlinin kitablarının təqdimat mərasimləri keçiriləcək və bütün kitabsevərlər bu tədbirdə iştirak edə bilərlər.

Birlik sədri çıxış üçün sözü kitabın redaktoru və ön sözün müəllifi AYB-nin Beyləqan Bölməsinin sədr müavini Elman İsrafiloğluna verdi. Elman İsrafiloğlu çıxışında Allahverdi Kərimoğlunun həyat və yaradıcılığından geniş bəhs edərək, həm də onun poeziyasna səyahət edib. A. Kərimoğlunun uğurlarından söz açan natiq qeyd edib ki, bu ilin avqust ayında şairin qıfılbəndləri haqqında Türküyə mətbuatında Ərdoğan Pamuk geniş məqalə yazılıb. Şair bu diqqətə görə, Beyləqan yazarları adından Ərdoğan Pamuka təşəkkürünü bildirib.

Təqdimatda çıxış edən Beyləqan rayonu Tarix -diyarşünaslıq muzeyinin direktoru Mehriban İsgəndərova qeyd edib ki, Allahverdi Kərimoğlu yaradıcılığı ilə yaxından tanışdır və şairə yeni-yeni uğurlar diləyir.

Baha sonra çıxış edən Azad İstehlakçılar İctimai Bidliyinin Beyləqan rayon şöbəsinin sədri Mehman Əliyev, AYB-nin Beyləqan Bölməsinin sədr müavini Raquf Budaqlı, birliyin üzvlərindən AYB-nin üzvləri "Araz" ədəbi birliyinin sədri Ağa Savalan, Vəlyəddin Əhmədbəy, Arif Həsənli, Mirəli Məmməd, şairlərdən Hidayət Ağalar, Tahir Hüseyn, Tofiq Behbudov, Ədalət Cümşüdoğlu, Vidadi Hidayət  şairin yeni kitabı haqqında öz fürək sözlərin söyləyərək, şairə uzun ömür, can sağlığı və yeni-yeni nailiyyətlər arzulayıblar.

Tədbirdə şairin nəvələri Allahverdi və Nərgiz babalarının yazdığı şeirlərdən nümunələr söyləyiblər.

Allahverdi Kərimoğlu çıxış edərək tədbirin təşkilatçılarına öz dərin təşəkkürünü bildirərək, "Hər budaqdan bir yarpaq" kitabını tədbir iştirakçılarına və Beyləqan rayon Tarix-diyarşünaslıq muzeyinə hədiyyə edib. Tədbirin sonunda  xatirə şəkilləri çəkilib.

 

AYB-nin Beyləqan Bölməsi

0.34894704818726