Avtomobil qəzası sakinləri qazsız qoydu

 

 

Bu gün axşam saatlarında Binəqədi rayonunda qaz xətti zədələnib. 

Xəbəri "Azəriqaz" İstehsal Birliyinin "Facebook" səhifəsi yayıb.

Məlumatda deyilir ki, qaz xəttindəki problem avtomobil qəzası nəticəsində meydana çıxıb. 

Bakı Regional Qaz İstismarı Departamentindən verilən məlumata görə, hadisə səbəbindən bir çox abonentin qaz təchizatında fasilə yaranıb.

0.11228013038635