İki maşın toqquşdu, “Mercedes” aşıb alov aldı: sürücü diri-diri yandı - VİDEO

 

 

Sumqayıtda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Report” xəbər verir ki, hadisə zamanı “Mercedes” və “Hyundai-İX35” markalı avtomobillərin toqquşub.

Toqquşmanın təsirindən “Mercedes” aşıb və avtomobil yanmağa başlayıb. Maşında olan bir nəfər yanaraq ölüb. Onun şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.

“Hyundai-İX35” markalı avtomobildə olan Kamran Füzuli oğlu Atayev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobilin sürücüsü Anar Nəsir oğlu Rzayev isə ağır xəsarət alıb. 

Keçirilən ilkin avtotexniki ekspertizanın rəyinə əsasən, hadisə“Mercedes” markalı avtomobilin yüksək sürətlə idarə olunması zamanı təkərinin partlaması olub.

0.13724207878113