Bakıda avtomobil 43 yaşlı qadını vurub

Pirallahı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

paralel.az xəbər verir ki, minik avtomobili 1976-cı il təvəllüdlü Nəsibova Səbinə Rastislavovnanı vurub. Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına çatdırılıb.

S.Nəsibovaya baldır sümüklərinin sınığı, qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli
Elşad Mətləboğlu

0.12173390388489