Bakının "Maserati"-nin vurduğu piyada öldü

Nərimanov rayonunda piyadanın ölümünə səbəb olan yol qəzası baş verib.

paralel.az-ın verdiyi xəbərə görə, metronun "Gənclik" stansiyasının yaxınlığında "Maserati" markalı minik avtomobili yolu keçmək istəyən 1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızını vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, G.Əmiraslanlı xəstəxanada dünyasını dəyişib.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün axtarışları istiqamətində iş aparır.

Kamil Əmirli
Elşad Mətləboğlu

0.13894104957581