İmişlidə iki maşın toquşdu: xəsarət alan var

Bu gün İmişlidə iki maşının toqquşub, nəticədə sürücülərdən biri xəsarət  alıb.

paralel.az-ın bölgə müxbirinin məlumatına görə, hadisə axşam saatlarında rayonun Çaxırlı kəndində qeydə alınıb. Kənd sakini, 1972-ci il təvəllüdlü Rəhimov Mirdamət Seyidəhməd oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən “Qazel” markalı avtomobillə toqquşub. Müxtəlif dərəcəli xəsarətlər alan “VAZ-2107”-nin sürücüsü İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 
Faktla bağlı araşdırma aparılır.
0.11280989646912