Cəlilabadda piyada qadını avtomobil vuraraq öldürdü

 

 

Bu gün Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

paralel.az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, piyada qadını avtomobil vuraraq öldürdü.

Hadisə bu gün axşam saatlarında rayonun Qarazəncir kəndi ərazisində baş verib. Belə ki, kənd sakini, 1954-cü il təvəllüdlü Əhmədova Füruzə Müzəffər qızı yolu keçmək istəyən zaman “VAZ-21011” markalı avtomobil vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan qadın xəstəxanaya aparılarkən yolda keçinib. 

Faktla bağlı araşdırma aparılır.

0.26216220855713