Bakıda qəbiristanlıqda bir nəfər intihara cəhd edib

 

 

Bakı qəbiristanlığında intihara cəhd faktı qeydə alınıb.

Bu barədə paralel.az-a Xəzər Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, sentyabrın 16-da Buzovna kənd qəbiristanlığında 1984-cü il təvəllüdlü Babayev Abdul Yaqub oğlu sirkə turşusu içərək intihara cəhd edib. Vəziyyəti ağır olan şəxs Toksikoloji Mərkəzə çatdırılıb.

Həkimlərin dediyinə görə, hazırda xəstənin vəziyyəti sabitləşib, yaxşılaşmaq şansı isə böyükdür. Xoşbəxtlikdən A.Babayev sirkəni çox içməyib.

İstintaq davam edir. Sözügedən şəxsi intihara məcbur edən səbəblər müəyyənləşdirilir.

Ramella İbrahimxəlilova

0.25745701789856