Təzyiq xəstəsi olan yaşlı kişi eyvandan yıxılıb öldü

 

 

Bakıda 65 yaşlı kişi eyvandan yıxılaraq həyatını itirib.

paralel.az xəbər verir ki, hadisə dünən paytaxtın Nərimanov rayonu, Ə.Əliyev küçəsi 26 ünvanında baş verib. 

20 mərtəbəli binanın 12-ci mərtəbəsində yaşayan 1954-cü il təvəllüdlü Rasim Yunusov evin eyvanından yıxılaraq ölüb. 

Araşdırma zamanı məlum olub ki, o, təzyiq problemindən əziyyət çəkib. Təzyiq səbəbindən o müvazinətini itirərək yxılıb.

Faktla bağlı araşdırma davam etdirilir.

Könül Cəfərli 

0.33737397193909