Beyləqan rayonunun Xalac kənd tam orta məktəbində “Bilik Günü” keçirilib

16 sentyabr 2019-cu il tarixdə Beyləqan rayonunda şəhid İbadət Ələşrəfov adına Xalac kənd tam orta məktəbində «Bilik günü» keçirilib. Əsaslı təmirdən sonra məktəbin fəaliyyətə başlaması «Bilik günü»nə təsadüf edib.

Məktəbdə təşkil olunmuş bayram törənində Beyləqan rayon İcra hakimiyyətinin başçısı, cənab Asif Ağayev, Beyləqan rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Tahir Həsənov, şəhid İbadət Ələşrəfov adına Xalac kənd tam orta məktəbin müəllimləri, şagirdləri, kənd sakinləri, valideynlər, media nümayəndələri iştirak edib.

Əvvəlcə Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev və tədbir iştirakçıları, Qarabağ döyüşlərində şəhid olmuş kənd sakinlərinin abidəsi önünə gül-çiçək dəstləri düzərək, onların əzizi xatirələrini ehtiramla yad ediblər.

Məktəbin direkoru Murad Məmmədov tədbiri açaraq, qonaqları və tədbir iştirakçılarını salamlayıb.

Sonra çıxış üçün sözü Beyləqan rayon İcra hakimiyyətinin başçısı, cənab Asif Ağayevə verib. İcra başçısı  çıxışında ölkə də əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan təhsil sistemində fasiləsiz həyata keçirilən islahatlardan, bu islahatlar nəticəsində ölkənin təhsil sahəsində əldə olunmuş uğurlarından söz açıb. Ulu Öndər tərəfindən əsası qoyulan dinamik davamlı siyasətin bugün də uğurla davam etdirən möhtərəm prezident cənab İlham Əliyevin təhsil sahəsində həyata keçirdiyi tədbirlərin müsbət nəticələrindən danışıb.

Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsil sahəsinə göstərdiyi diqqət və qayğını tədbir iştirakçılarının nəzərinə çatdıran cənab Asif Ağayev ölkəmizin hər bir guşəsində uğurla gedən quruculuq, abadlıq işlərinin Beyləqanda da uğurla davam etməsindən bəhs edib. O, “Bilik Günü” və yeni dərs ilinin başlanması münasibətilə müəllimləri, şagirdləri, valideyinləri təbrik edib, onlara uğur arzulayıb.

Tədbirdə Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Tahir Həsənov çıxış edərək, rayon təhsil şöbəsinin əhatə etdiyi bütün rayon məktəblərinin kollektivlərini və Xalac kənd orta məktəbinin pedaqoji kollektivini yeni - 2019-2020 tədris ilinin başlanması və “Bilik Günü” münasibəti ilə təbrik edib.

Tədbirdə Xalac kənd icra nümayəndəsi Rafiq Eyvazov, kənd bələdiyyəsinin sədri Məzahir Nazarov, ikinci qrup Qarabağ əlili Saleh Şixəliyev, kənd sakini Hacı İlqar çıxış edərək kənd sakinlərinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə, Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, I vitse-prezident Mehriban xanım Əliyevaya, təhsil naziri, cənab Ceyhun Bayramov, Beyləqan rayon İcra hakimiyyətinin başçısı, cənab Asif Ağayevə öz minnətdarlıqlarını bildiriblər.

Sonda tədbir iştirakçıları məktəbin sinif otaqlarına, fənn kabinetlərinə baxıblar.

Elman İsrafiloğlu

(Bölgə müxbiri)

bv0bv1bv2bv3bv4

 

0.35664510726929