Artıq çəkisinə görə məktəbdən çıxardılar

Özünə uyğun məktəbli forması tapa bilməyən artıq çəklili qızı oxuduğu məktəbdən qovublar. 

"Daily Mail" yazır ki, hadisə Böyük Britaniyanın Portçester şəhərinin məkəblərinin birində baş verib.

14 yaşlı Kada Consın oxuduğu təhsil müəssisəsində məktəb forması geyinmək məcburidir. Qeyri-standart bədən formasına malik qız əyninə normal pencək tapsa da, formanın yubkası əyninə olmayıb. Buna görə də, eyni rəngdə ətək geyinirmiş.

Maraqlı burasıdır ki, qız bu üsuldan istifadə edib və sözgüdən mövzuda yalnız 10-cu sinifdə problem yaşayıb. Kadaya şərt qoyublar: ya hamı kimi forma geyəcək, ya da evdə dərs olmalı olacaq.

Məktəblinin anası Karlin Cons bildirib ki, qızı tam sağlamdır və onun görünüşünün səhhəti ilə heç bir bağlılığı yoxdur.

Təhsil müəssisəsinin direktoru deyib ki, problem təkcə qızın məktəb gerbinin əks olunduğu yubkanı geyinməməsi deyil, həm də bu yubkanın bir qədər qısa olmasıdır. 

Hazırda hər iki tərəfi təmin edəcək uniformanın axtarışları aparılır.

0.20406889915466