Azərbaycanda insanlar ən çox nədən zəhərlənir? - AÇIQLAMA

 

 

İlin əvvəlindən bu günə kimi Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə daha çox dəm qazından zəhərlənənlər müraciət edib.

Bunu paralel.az-a açıqlamasında şöbənin baş həkimi Azər Maqsudov deyib.

Onun sözlərinə görə, onlara dəm qazı ilə bağlı ümumi 131 nəfər gətirilib:

“Onlardan 21 nəfərin vəziyyəti ağır olub. Uşaqların sayı isə altı təşkil edib. Ölüm hadisəsi isə baş verməyib.

Ümumiyyətlə, Bakı və ətraf kəndlərdən, Qəbələ, Tovuz, Şəmkir, Gəncədən, Ağcabədi və Qaradağ rayonundan gətirilənlər daha çox olur”.

Azər Maqsudov qeyd edib ki, ikinci yerdə isə dərmandan zəhərlənənlərdir:

“Dərman zəhərlənməsi ilə bağlı 126 nəfər müraciət edib”.

Baş həkim onu da əlavə edib ki, şöbəyə ilan sancması ilə bağlı 71 nəfər gətirilib.

Sevinc Yasinqızı

0.2188138961792