Bakıda bir evdən 40 minlik qızıl oğurlanıb

 

 

Bakı sakini 1962-ci il təvəllüdlü Kifayət Rəhimovanın mənzilindən 40 min manatlıq qızıl oğurlanıb.

Bu barədə paralel.az-a Yasamal Rayon Polis İdarəsindən məlumat verilib.

K.Rəhimovanın Zahid Xəlilov küçəsində yerləşən evdə yaşadığı bildirilib. Sentyabrın 11-də qadın bir saatlıq evini tərk edib. Bu vaxt naməlum şəxs pəncərədən mənzilə girərək 40 min manat və 3,8 min ABŞ dolları dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.

Oğurluq faktı ilə bağlı cinayət işi açılıb, hələlik saxlanılan yoxdur. 

0.29353284835815