Daha bir metrostansiya istifadəyə verilə bilər

 

 

Şərti adı “B3” olan stansiyasının tikintisi ilə bağlı tamamlanma işləri aparılır.

paralel.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni”nin QSC-nin sədr müavini Hidayət Məmmədov deyib. 

O bildirib ki, şərti adı “B3” olan stansiyada tikintisində tamamlanma işləri davam edir:

“Stansiyanın açılacağı tarix tam məlum deyil. Stansiyanın açılışı bu il gözlənilmir. İstər geoloji, istərsə də təbii səbəblərdən yaranan ləngimələr tikintidə yubanmalara səbəb olur. Hazırda tamamlanma işləri aparılır.

Stansiyanın üst hissəsində yol hərəkəti zolaqlarında da tamamlanma işləri gedir. Əgər daha başqa təbii və geoloji problemlər yaranmazsa, gələn il stansiyanın açılışı gözlənilə bilər”. 

Könül Cəfərli

0.47365307807922