Bakı metrosu yeni qatarlar alacaq

 

 

“Bakı Metropoliteni” QSC gələn il yeni qatarlar alacaq.

paralel.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov məlumat verib.

O bildirib ki, istismar müddətinə görə qatarların siyasına baxıldıqdan sonra gələn il neçə qatarın alınması qərarlaşdırılacaq:

“Gələn il üçün yeni qatarların alınması gözlənilir. Sadəcə olaraq, hələ alınacaq qatarların sayı bəlli deyil”.

Qeyd edək ki, 2019-cu ildə “Bakı Metropoliteni” 30 yeni vaqon alaraq istismara verib.

Könül Cəfərli

0.40952897071838